Gürcüstanlı ulduz Çempionlar Liqasında tarix yazdı

07.05.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Bavariya"ya qarşı erkən asistlə yadda qalan Xviça Kvaratsxeliya dünya futbol tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, gürcüstanlı vinger turnirin pley-off mərhələlərində ardıcıl 8 matçda birbaşa qol töhfəsi (qol və ya məhsuldar ötürmə) verən ilk futbolçu olaraq mütləq rekorda imza atıb. Münhendəki qarşılaşmanın cəmi 3-cü dəqiqəsində fərqlənən ulduz oyunçu 7 oyunluq seriyasını yeniləyərək əlçatmaz statistikaya ucalıb.

Bu möhtəşəm seriya ərzində "Pari Sen-Jermen"in hücumçusu "Liverpul", "Çelsi", "Monako" və "Bavariya" kimi nəhəng rəqiblərin qapısına yol tapmağı və ya ötürmə verməyi bacarıb. Kvaratsxeliya bu qolla turnirin həlledici mərhələlərindəki ümumi xallarının sayını 11-ə (8 qol, 3 asist) çatdıraraq fərdi performans zirvəsinə çatıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью