GürcüstanRusiya sərhədi açıldı

30.11.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsinin fəaliyyəti tam bərpa edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsasən, gömrük-keçid məntəqəsi vasitəsilə malların idxalı və ixracı, həmçinin dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları adi rejimdə maneəsiz həyata keçirilir.

Qeyd edək ki, “Kazbeqi” məntəqəsi noyabrın 28-dən qeyri-sabit hava şəraitinə görə müvəqqəti bağlanmışdı. Bu məntəqə Gürcüstan və Rusiya arasında fəaliyyət göstərən yeganə quru sərhəd qapısıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью