Gürsel İsmayılzadəyə yeni vəzifə verilib Foto

03.12.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ilin oktyabrında ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri postundan geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı Səfirliyinin paylaşımında yer alıb.
Paylaşılan məlumatdan belə görülür ki, G. İsmayılzadə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya üzrə Baş İdarəsinə rəis təyin olunub.
Səfirliyin paylaşımında, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün sabiq həmkarı ilə görüşündən foto da yer alıb.
Qeyd edək ki, 54 yaşlı Gürsel İsmayılzadə 2011–2019 və 2020–2025-ci illər ərzində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. O, tanınmış alim və arxeoloq Qüdrət İsmayılzadənin oğludur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью