Gürzəni öldürən Neftçala sakini özü də öldü FOTO

20.08.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neftçalanın Həsənabad qəsəbəsində bədbəxt hadisə baş verib. 
AZXEBER.COM xəbər verir ki, qəsəbə sakini C.Rövşəni gürzə ilanı sancıb. 

O, hadisədən sonra ilanı öldürüb, bundan sonra isə özünün halı pisləşib. Lakin ailəsi onu ilan sancmasından gec xəbər tutub. Nəticədə 1962-ci il təvəllüdlü kişinin həyatını xilas etmək olmayıb.

O, Həsənabad qəbiristanlığında dəfn edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью