Güvəndiyi dağlar ... İran ilk zərbəni müttəfiq i olan Rusiyadan aldı, növbəti zərbəni ABŞ dan gözləyir

19.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici işlər nazirinin müavini Rudenko bildirib ki, ABŞ hücum edərsə, Rusiya İrana yardım etməyə məcbur deyil. Rudenko bildirib ki, belə bir ssenari baş verərsə, Rusiya hərbi yardım göstərməyə borclu deyil. Diplomat qeyd edib ki, İran və Rusiyanın imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsində hərbi ittifaq haqqında razılaşma yoxdur. Diplomatın fikrincə, İran və ABŞ arasında hərbi münaqişənin başlaması Yaxın Şərq regionu üçün dəhşətli nəticələrə təhlükə yaradacaq. “Biz istəməzdik ki, Rusiya növbəti münaqişənin həllinə cəlb olunsun. Bununla belə, belə imkanlar mövcuddur”-deyə Rudenko bildirib.

Xatırladaq ki, yanvarın 17-də Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian Moskvada hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. Hər iki ölkə liderlərinin sözlərinə görə, saziş müdafiə, enerji, maliyyə, sənaye, mədəniyyət, elm, eləcə də bütün dünyada terrorizmlə mübarizə kimi sahələri əhatə edir.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya bu açıqlamanı 2018-2019-cu illərdə də eşitmişdik.

Samir Hümbətov

“Həmin dövrdə Tramp hətta bildirmişdi ki, İrana hücum edəcək. Onu da bildirmişdi. Hətta Mayk Pompeonun Moskvaya səfəri və Putinlə görüşündən sonra açıqlama verərkən Putin bildirmişdi ki, Rusiya "bölgənin yanğınsöndürən maşını" deyil. Yəni İranı nəzərə alaraq belə bir açıqlama vermişdi və İran tərəfi də bundan narazı olduğunu bildirmişdi. İranın dini lideri də buna narazılıq ifadə etmiş və sonra demişdi ki, "biz özümüzə güvənirik". Rusiya həm özünün potensialını bilir, həm öz vəziyyətini bilir, həm də Rusiya özünü çox da belə odun içinə atmaq istəmir”-deyən Samir Hümbətov hesab edir ki, Rusiya həm Ukrayna məsələsinə görə vəziyyətin gərgin olduğunu bilir, həm də ABŞ ilə bir alver içərisindədir.

“Rusiya, Ukrayna məsələsindəki proseslərin gedişini başa düşür və mövcud vəziyyət imkan vermədiyi üçün İran üçün addım atmır. Rusiyanın açıqlaması, sırf ona hesablanıb. Yəni Rusiya belə demək istəyir ki, “İran bizə arxayın olmasın”.”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью