Guya 3 günə həll edəcəkdilər... Xameneidən ABŞ a ritorik mesaj

27.11.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Ukraynada münaqişəni qızışdırıb, lakin nəticə əldə edə bilməyib.

Globalinfo.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei bildirib.

Xameneinin sözlərinə görə, ABŞ-ın mövcud Prezidenti Donald Tramp Ukrayna problemini guya üç günə həll edəcəyini desə də, bir ildən sonra Vaşinqton münaqişəyə cəlb etdiyi ölkəyə zorla 28 bəndlik plan təqdim edir.

O vurğulayıb ki, ABŞ-ın yaratdığı qarşıdurma böyük ziyana səbəb olsa da, qarşı tərəf nə hərbi, nə də siyasi üstünlük qazanıb.

Xatırladaq ki, 21 noyabrda Tramp “Fox News” radiosuna müsahibəsində İranla mümkün yeni sazişi istisna etmədiyini bildirmiş, lakin təfərrüatlara toxunmamışdı. Bir neçə gün əvvəl isə o, Tehranın Vaşinqtonla yeni nüvə razılaşması əldə etmək niyyəti barədə danışmışdı.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью