Guya DTX dən zəng gələcək Qanunsuz tələblərə inanmayın!

14.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir.

“Qafqazinfo” xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər.

Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.

DTX xəbərdarlıq edir!

Bu peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur. Yuxarıda qeyd olunduğu formada mesaj alan şəxs dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına xəbər verməlidir.

Sizi aldatmaq istəyirlər, aldanmayın!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью