Güzəşt müddəti bitir: Un və çörək bahalaşacaq?

07.10.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onlardan biri də buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə tətbiq olunan əlavə dəyər vergisinə (ƏDV) edilən güzəştdir. Belə ki, bu məhsullar 2017-ci il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub və yeni ildən bu güzəştin müddəti bitəcək.

Güzəşt müddətinin yenidən artırılıb-artırılmayacağı, artırılmayacağı təqdirdə bunun un və çörək qiymətlərinə təsirləri sual doğuran məsələlərdən biridir.

İqtisadçı Xalid Kərimli Ölkə.az-a açıqlamasında bildirib ki, un məhsullarının bahalaşması hökumətin hazırki sosial siyasətinin məğzinə uyğun gəlmir:

"Ərzaq qiymətlərinin son illər sürətlə bahalaşması və un məhsullarının sosial cəhətdən həssas təbəqənin ərzaq büdcəsində mühüm paya malik olması hökuməti bu güzəştin davam etməsində maraqlı edir.

Çünki bu güzəştin ləğvi də avtomatik olaraq yerli buğda yığımını və un istehsalını artırmayacaq. Məsələ ondan ibarətdir ki, Azərbaycanda yerli buğda yığımı ümumi buğda tələbatının cəmi 55-60%-ni, ərzaqlıq buğda tələbatının isə yalnız 25%-ni ödəyir. Hökumətin ərzaqlıq buğda istehsalının ölkə daxilində artırılması ilə bağlı planları var. Lakin indiki məqamda vergi güzəştləri burada hər hansı rola malik olmayacaq".

Ekspert deyib ki, vergi güzəştlərinin ləğvi un məhsullarının 18% bahalaşmasına gətirib çıxara bilər: "Çünki bildiyimiz kimi çörək və un məhsullarının qiymətə elastikliyi aşağıdır. Qiymətin nə qədər olmasından asılı olmayaraq tələbat cüzi dəyişir. Bu baxımdan güzəştin ləğvi çörək və un məhsullarını bahalaşdıra bilər. Bu da hökumətin hazırki inflyasiya şəraitində maraqlarına uyğun deyil".

X. Kərimli hesab edir ki, güzəştin müddəti uzadılacaq: "İnflyasiyanın ərzaq məhsullarında yüksək olduğu məqamda un məhsullarının qiymətinin artmasına rəvac vermək hökumətin siyasətinə və planlarına uyğun deyil".

İqtisadçı ekspert Natiq Cəfərli də Ölkə.az-a açıqlamasında güzəşt müddətinin yenidən uzadılacağını düşündüyünü deyib:

"Çünki bu sahədə hazırda dünyada da böhranlı vəziyyət yaranıb. Müharibələr, Qara dənizin bağlı olması, logistik yollardakı problemlər ərzaq buğdası bazarına və ümumiyyətlə, ərzaq bazarına ciddi mənfi təsir göstərir. Bütün bunları nəzərə alsaq, çox güman ki, gələn ildən yenidən bu güzəştlərin uzadılması gündəmə gələ bilər. Çünki güzəştlər uzadılmazsa, bu, un məmulatlarının qiymətinə təsir göstərəcək. Güman olunur ki, biz bu məhsulların qiymətlərində bahalaşma görə bilərik".

Milli Məclisinin deputatı Azər Badamov məsələni Ölkə.az-a şərh edib. O deyib ki, ərzaqlıq buğda və çörək strateji əhəmiyyət daşıyan məhsullar olduğundan, onların qiymətləri dövlət tərəfindən nəzarətdə saxlanılır. Qiymət artımının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir:

"Bu baxımdan, 2017-ci ildən etibarən buğda idxalına tətbiq olunan ƏDV güzəştlərinin müddəti müəyyən dövrlərlə uzadılır. Bunun əsas səbəblərindən biri Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin hələ tam təmin olunmaması və ölkənin bu məhsul üzrə idxaldan asılılığının qalmasıdır".

Millət vəkilinin sözlərinə görə, hazırda tətbiq olunan güzəştin müddəti bu ilin sonunda başa çatdığından, gələn ildən buğda idxalına ƏDV güzəştinin yenidən tətbiq olunacağı gözlənilir:

"Bu addımın əsas məqsədlərindən biri əhalinin gündəlik tələbatında mühüm yer tutan çörək və çörək məhsullarının qiymətlərinin artmasının qarşısını almaqdır. Beləliklə, dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi və xüsusilə çörək və çörək məhsullarının qiymətlərinin sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin davam etdirilməsi gözlənilir".

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью