Güzəştlərin sonu gəldi: Martın 1 də başa çatacaq

23.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yem məhsulları və yem əlavələrinin satışı, eləcə də kəpəyin istehsalı və satışına tətbiq olunan ƏDV güzəştlərinin müddəti 2027-ci ildə başa çatır.
Avtosfer.az xəbər verir ki, müvafiq qurum tərəfindən təsdiq edilən siyahı üzrə yem məhsulları və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-də başa çatacaq.
Kəpəyin istehsalı və satışı da 2019-cu il martın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır. Bu güzəştin müddəti isə 2027-ci il martın 1-də başa çatacaq.
Beləliklə, gələn il ərzində həm yem məhsulları və yem əlavələrinin satışı, həm də kəpəyin istehsalı və satışı üzrə mövcud ƏDV güzəştlərinin müddəti başa çatmış olacaq.
Qeyd edək ki, sözügedən güzəştin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib./ajans.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью