Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Güzəştli ipoteka hər kəs üçün əlçatan deyil, adi ipoteka isə minlərlə gəncin gəlir səviyyəsinə uyğun gəlmir. Rəsmi gəliri aşağı olan və ya qeyri-rəsmi çalışan insanların əhəmiyyətli hissəsi bu sistemdən kənarda qalır".
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a deyib. İqtisadçı qeyd edib ki, müəyyən iqtisadi mexanizmlər vəziyyəti qismən yaxşılaşdıra bilər.
Gənclər üçün daha aşağı faizli və uzunmüddətli ipoteka proqramlarının genişləndirilməsi, ilk evini alanlar üçün dövlət zəmanətli ilkin ödəniş mexanizminin tətbiqi, sosial və münasib qiymətli kirayə mənzillərin sayının artırılması, tikinti sektorunda rəqabətin gücləndirilməsi və torpaq təklifinin genişləndirilməsi faydalı addımlar ola bilər.
Sevinc Qarayeva