Icma.az, 525.az portalına istinadən məlumat verir.
"İpoteka sisteminin daha geniş əhali qrupuna çatması üçün aşağı gəlirli ailələrə daha çevik zəmanət mexanizmlərinin tətbiqi, ilkin ödəniş yükünün azaldılması, güzəştli ipotekanın əhatə dairəsinin genişləndirilməsi və münasib qiymətli mənzil təklifinin artırılması vacibdir. Xüsusilə regionlarda daha ucuz mənzil fondunun formalaşdırılması ipotekanın əlçatanlığını ciddi şəkildə yüksəldə bilər".
Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a bildirib. Onun sözlərinə görə, dövlət vəsaitinin artırılması ilə yanaşı, onun düzgün istiqamətləndirilməsi də vacibdir:
"Burada dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə yanaşı, həmin vəsaitin bazarda real tələb yaradan mexanizmlərə yönəldilməsi də önəmlidir. Əks halda, Fondun maliyyələşməsi artsa belə, yüksək mənzil qiymətləri ilə əhalinin gəlir imkanları arasındakı fərq ipoteka kreditləşməsinin genişlənməsinə mane olaraq qala bilər".
Sevinc Qarayeva