Güzəştli kreditlər 3,4 dəfə artıb

19.08.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

6 ayda Naxçıvan Muxtar Res­publikasının Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlə təmin et­diyi sahibkarlıq subyektlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 97-yə çatıb. 

Maliyyələşdirilmiş güzəştli kreditlə­rin məbləği isə 3,4 dəfə artaraq 8,2 mil­yon manat təşkil edib. Ümumi güzəştli kredit məbləğinin 68 faizi sənaye, 20,3 faizi kənd təsərrüfatı istehsalı, 11,7 faizi isə xidmət sahələrinə yönəldilib.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью