Güzgünü iz buraxmadan təmizləməyin peşəkar ÜSULU

30.01.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Güzgülərdəki ləkələr və izlər ev təmizliyində tez-tez problem yaradır. Sadə üsullarla silinsə də, bəzən mükəmməl parıltı əldə etmək çətin olur.
Bizim.Media xəbər verir ki, peşəkar təmizlik mütəxəssisləri isə bu problemi sadə və effektiv üsulla həll etməyi tövsiyə edir.
Təcrübəlilər filtr kağızından və ya mikrofiber bezdən istifadə etməyi məsləhət görür. Bu üsul güzgü və şüşə səthlərdə iz buraxmadan parlaqlıq yaradır.
Təmizləmə üçün əvvəlcə güzgü üzərinə adi pəncərə təmizləyicisi püskürdülür, sonra filtr kağızı ilə silinir və sonda quru hissə ilə parlaq nəticə əldə edilir. Bu sadə metod həm güzgülər, həm də digər şüşə səthlər üçün uyğundur və peşəkar təmizlikdə geniş tətbiq olunur. (Pravda.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью