Güzgüyə baxmadan manevr edən sürücü “Mercedes”i vurdu ANBAAN VİDEO

23.11.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hacıqabulda baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 13-də saat 15:54 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, yük maşınının sürücüsü güzgüyə baxmadan və dönmə işığını yandırmadan sola manevr edir. Bu zaman o, hərəkətdə olan 44-CC-016 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşur.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью