Güzgüyə baxmadan manevr edən sürücü qəza riski yaratdı VİDEO

23.06.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərdəkan yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də saat 08:20 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-XO-075 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola manevr edib və bu zaman həmin zolaqdakı nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.

Şikayətçinin iddiasına əsasən, avtomobili idarə edən xanım sürücü üstəlik siqnal səsinə məhəl qoymadan və dönmə işığını yandırmadan manevri edib.  

Xatırladaq ki, sürücülər manevr etməzdən əvvəl mütləq dönmə işığını vaxtında yandırmalı, arxa və yan güzgülər vasitəsilə yol vəziyyətini qiymətləndirməli, digər nəqliyyat vasitələri üçün təhlükə yaratmadıqlarına əmin olmalıdırlar. Zolaq dəyişmə yalnız təhlükəsiz məsafə və şərait olduqda həyata keçirilməlidir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью