Güzgüyə baxmadan manevr edən sürücü VİDEO

03.02.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmaz rayonu, Zərifə Əliyeva küçəsin qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yanvarın2-də saat 16:50 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 99-BA-221 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolun kənarından hərəkətə başlayan zaman solda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan manevr edib.
Nəticədə o, 90-DM-598 dövlət nömrə nişanlı “VAZ-2115” markalı və əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü bütöv xəttin tələbini pozaraq qarşı tərəfə keçib və baş verə biləcək toqquşmanın qarşısını alıb. 
Qeyd edək ki, bu cür halların baş verməməsi üçün sürücülər hərəkətə başlamazdan əvvəl yolu diqqətlə qiymətləndirməli, digər iştirakçıların üstünlük hüququna mütləq əməl etməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью