Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sportinq”in futbolçusu Viktor Gyökereş gələcəyi ilə bağlı qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
26 yaşlı hücumçu klubun prezidenti Frederiko Varandaşa klubdan ayrılmaq istədiyini şəxsən bildirib. İsveç millisinin oyunçusu artıq Portuqaliya təmsilçisində qalmaq fikrində deyil.
Bildirilir ki, Gyökereşin yenidən “Sportinq”lə məşqlərə qoşulması gözlənilmir. O, artıq klubda özünü xoş hiss etmir. Buna səbəb rəhbərliyin hücumçunu transfer etmək istəyən klubdan çox pul istəməsi və danışıqları bitirməsi olub.
Qeyd edək ki, Viktor Gyökereşin "Sportinq"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.