Ha çalışdılar, olmadı | Icma.az
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Səbail” Azərbaycan Premyer Liqasını 2024/25 mövsümündə tərk edən komanda oldu.
Elvin Məmmədovun rəhbərlik etdiyi kollektiv 34-cü turda “Zirə” ilə oyunda uduzaraq I Liqa yolunu rəsmiləşdirdi.
“ASCO Arena”da keçirilən görüşdə daha istəkli və yaxşı oynayan Bayıl təmsilçisi toru silkələməkdən başqa hər şey etdi.
Hər iki hissədə daha çox hücum edən, qol imkanları yaradan tərəf olan “dənizçilər” sonda buraxdığı qolla həm məğlub oldu, həm də elitanı tərk edəcəyini dəqiqləşdirdi.
Mövsümə Şahin Diniyevlə başlayan, daha sonra Cavid Hüseynovu baş məşqçi postuna gətirən “Səbail” ha çalışdısa, liqada qala bilmədi.
Diniyevlə başlayan mövsüm Məmmədovla başa çatdı. Hərçənd, komanda son turlarda yaxşı təsir bağışlayırdı.
İstər “Sabah”a, istər “Zirə”yə qarşı yaxşı müqavimət göstərən Bayıl klubu son dəqiqə qollarına məyus oldu.
Tam oxu
Xəbəri oxu