Haaland ardıcıl 3 cü dəfə...

29.11.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erlinq Haaland ardıcıl üçüncü dəfə meydanı qolsuz tərk edib. "Mançester Siti"nin hücumçusu Premyer Liqanın 13-cü turunda "Lids"lə oyunda (3:2) fərqlənə bilmədi.

Sportal.az xəbər verir ki, bundan əvvəl o, Çempionlar Liqasında "Bayer"ə (0:2) və Premyer Liqada "Nyukasl"a (1:2) qol vura bilməmişdi. Onun son məhsuldar zərbəsi Norveç millisində 16 noyabrda olmuşdu. Həmin gün o, DÇ-2026-nın seçmə mərhələsində İtaliyanın qapısından iki dəfə top keçirmişdi.

Qeyd edək ki, Haalandın üç matçlıq qolsuz seriyası may ayından bəri olmamışdı. 2024-cü ilin dekabrında isə o, ardıcıl dörd oyunda qol vurmamışdı.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью