Haaland Droqba və Salahı ötdü, əfsanələrə çatdı

27.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının 5-ci turunda "Feyenoord"la matçda (3:3) dubl edib.

Publika.az xəbər verir ki, 24 yaşlı hücumçu turnirdə 45 və 46-cı qollarını vurub və avrokuboklar dövrü də daxil olmaqla, turnir tarixində ən çox qol sayına görə "ilk 15-liy"ə daxil olub.

Haaland reytinqdə "Çelsi"nin keçmiş hücumçusu Didye Droqbanı (44 qol) və "Liverpul"un hücumçusu Məhəmməd Salahı (45) geridə qoyub. O, "Benfika"nın əfsanəsi Eysebio ilə yanaşı "Yuventus"un və "Milan"ın keçmiş hücumçusu Filippo İnzaqiyə (hər biri 46) çatıb.

Reytinqdə 11-12-ci yerləri bölüşən Andrey Şevçenko və Zlatan İbrahimoviçin aktivində 48 qol var.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью