Haaland ən yaxşı bombardirlərdən oldu

09.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Haaland ən yaxşı bombardirlərdən oldu

Erlinq Haaland “Mançester Siti”nin tarixində ən məhsuldar futbolçuların siyahısında üçüncü pilləyə yüksəlib.

QOL.az xəbər verir ki, norveçli hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Portu” ilə oyunda dubl edib. Bununla da onun “Mançester Siti”nin heyətində vurduğu qolların sayı 167-yə çatıb.

Haaland bu göstərici ilə klubun sabiq hücumçusu Tommi Consonu (166 qol) geridə qoyub.

“Mançester Siti”nin tarixində ən yaxşı bombardirlər siyahısında ikinci yerdə Erik Bruk (177 qol), ilk pillədə isə Serxio Aquero (260 qol) qərarlaşıb.

Qeyd edək ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью