Haaland: “Klubla bağlı heç bir şübhəm yoxdur“

22.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Siti” klubun 115 ayrı maliyyə pozuntusunda ittiham olunduğu iş üzrə qərar gözləyir.

Futbolpress.az xəbər verir ki, buna baxmayaraq, hücumçu Erlinq Haaland nikbindir. O, bu yaxınlarda “şəhərlilər”lə müqaviləsini 2034-cü ilin yayına qədər uzadıb:

“Klubla bağlı heç bir şübhəm yoxdur. Təbii ki, 9 illik müqavilə imzalasam, şübhəm yoxdur. Mən bu müqaviləni niyə imzaladığımı 300 dəfə izah etmişəm. Klubla görüşdüm və müsbət təəssürat aldım. Nəhayət qəbul etdim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью