Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveç UEFA Millətlər Liqasında Danimarkaya səfərdə 2:0 hesabı ilə geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanıb – 3:2. Bu nəticə skandinaviyalılara 1/4 finala vəsiqə qazandırıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı Erlinq Haaland olub.
O, 37-ci dəqiqədə fərqi azaldıb, əlavə olunmuş dəqiqələrdə isə penaltidən qələbə qolunu vurub.
Bu görüşdən sonra Haaland Norveç millisinin heyətində 61 oyunda vurduğu qolların sayını 68-ə çatdırıb.
Beləliklə, norveçli hücumçu Fransa millisində 108 matçda 67 qol vuran Kilian Mbappeni geridə qoyub.
“Strasbur”un yeni baş məşqçisi bəlli olur A Seriyası klubunda yeni müqavilə - RƏSMİ Deklan Rays “Arsenal”la müqaviləsini uzadır FIFA prezidentliyinə yeni namizəd: İnfantinonun rəqibi bəlli oldu “Bavariya”da ciddi itki