Haaland Messinin hansı keyfiyyətə sahib olmaq istədiyini AÇIQLADI

04.03.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland argentinalı hücumçu və "İnter Mayami"nin kapitanı Lionel Messidə hansı keyfiyyətə sahib olmaq istədiyi ilə bağlı sualı cavablandırıb.

“Oyunuma nə əlavə edərdim? Sahib olmaq istədiyim bir çox keyfiyyətlər var, amma düşünürəm ki, Messinin driblinqini seçərdim”, - Lent.az xarici mətbuata istinadla xəbər verir ki, Haaland deyib.

Erlinq Haaland bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 28 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2034-cü ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью