Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Haaland millinin məşqinə qoşulmadı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Norveç millisinin aparıcı futbolçuları Erlinq Haaland və Martin Edeqor yığmanın son məşqində iştirak etməyiblər.
QOL.az xəbər verir ki, bu barədə “Aftenposten” məlumat yayıb.
Baş məşqçi Stole Solbakken hər iki futbolçunun zədəsinin ciddi olmadığını bildirib, lakin əlavə təfərrüat açıqlamayıb.
Onlardan başqa, Antonio Nusa, Patrik Berq və Yorgen Strand Larsen də məşqdə tam gücü ilə iştirak edə bilməyiblər. Solbakken həftəsonunadək 21-22 futbolçunun hazır olacağına ümid edir. Strand Larsenin Uelslə oyunda iştirakı isə sual altındadır.
Qeyd edək ki, Norveç millisi noyabrın 14-də Uelslə, daha sonra isə Danimarka ilə qarşılaşacaq.