Haaland: “Nə etdiyimi özüm də bilmirəm”

06.07.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Norveç millisinin hücumçusu Erlinq Haaland DÇ-2026-da Braziliya üzərində qazanılan qələbədən sonra maraqlı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu qol instinkti ilə bağlı danışıb.

“Bu turnirdə bir neçə dəfə zirvəyə çatdığımı düşünmüşdüm, amma hər dəfə qarşıma fəth etməli olduğum daha yüksək zirvə çıxdığını gördüm. Oyunlarda bir və ya iki fürsət əldə edirəm və adətən bunlar qolla nəticələnir. Düzünü desəm, nə etdiyimi özüm də bilmirəm, mən sadəcə belə biriyəm.

Mənim həyatım qol vurmaqdır. Hər şey tam konsentrasiyadan asılıdır. Həmin fürsət yarananda nə etməli olduğumu dəqiq bilirəm. Adətən ayağıma çox top gəlmir. Gələndə isə ondan maksimum yararlanmağa çalışıram”, - deyə Haland bildirib.

Qeyd edək ki, Haland Norveç millisinin heyətində keçirdiyi son 14 rəsmi oyunun hamısında fərqlənib. O, bu qarşılaşmalarda ümumilikdə 27 qol vurub.

Ronaldo: “Nə vaxt istəsəm, onda gedəcəyəm, siz istəyəndə yox” Baloqunun cəzası təxirə salındı - Trampdan FIFA-ya təşəkkür “Fənərbaxça” kapitanı ilə müqaviləni uzatdı – Minimum maaşa imza atdı Şerkidən sərt açıqlama - “Biz də savaşa hazırıq” Paraqvay kart görmədi - 28 il sonra qəribə statistika
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью