Haaland Norveç millisindəki oyunundan danışdı

16.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Haaland Norveç millisindəki oyunundan danışdı

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland İtaliya ilə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi oyunundan əvvəl fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, Haaland Norveç millisinin Dünya Çempionatına vəsiqə qazanması istiqamətində üzərinə düşən məsuliyyətdən danışıb:

“Norveçi Dünya Çempionatına aparmaq mənim üçün böyük məsuliyyətdir. Bu barədə dəfələrlə danışmışam. 2019-cu ildə milli komandaya qoşulduğum gündən bəri məhz bu hədəfə çatmaq üçün çalışıram. İndi isə hədəfə çox yaxın olduğumuzu düşünürəm. Millidə olduğum müddətdə Norveç heç vaxt final mərhələsinə vəsiqə qazana bilməyib və bu, mənim üçün xüsusi önəm daşıyır. Bu uğura nail olmaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, hazırda İ qrupuna Norveç 21 xalla liderlik edir. İtaliya yığması isə 18 xal ilə ikinci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью