Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında vurulan qolların sayına görə “Mançester Yunayted”in sabiq forvardı Kriştiano Ronaldoya çatıb.
QOL.az xəbər verir ki, norveçli futbolçu Premyer Liqanın 17-ci turunda “Vest Hem”ə qarşı keçirilən oyunda (2:0) hesabı açıb. Bu qol Haaland üçün APL-də 103-cü olub.
Beləliklə, Haaland 103 qola 114 oyunda imza atıb. Kriştiano Ronaldo isə eyni göstəriciyə çatmaq üçün 236 matça ehtiyac duyub.
Qeyd edək ki, Kriştianu Ronaldo “Mançester Yunayted”də 2003-cü ilin avqustundan 2009-cu ilin iyuluna qədər, həmçinin 2021-ci ilin avqustundan 2022-ci ilin noyabrına qədər çıxış edib. Erlinq Haaland isə 2022-ci ilin yanvarında “Mançester Siti”yə transfer olunub.