Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22.09.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada yeni nailiyyətə imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı forvard “Arsenal”la oyunda vurduğu qolla liqadakı qollarının sayını 91-ə çatdıraraq Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb.

Haaland daha bir qol vuracağı halda Premyer Liqada norveçli futbolçular arasında rekorda sahib olacaq.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью