Haaland Premyer Liqanın tarixinə düşdü

10.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 11-ci turunun "Brayton"la səfər matçında vurduğu qolla rekorda imza atıb.

QOL.az xəbər verir ki, norveçli hücumçu matçın 23-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Bununla da Haaland Premyer Liqada vurduğu qol sayını 75-ə çatdırıb. O, Premyer Liqa tarixdə bu qol sayına hamıdan tez çatıb. Forvard 77 oyuna bu gösətiriciyə nail olub..

Qeyd edək ki, Haaland bu mövsüm İngiltərə çempionatında 15 matçda 14 qol vurub və bombardirlər siyahısına başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью