Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqada “Aston Villa”ya uduzduqları görüşdən (1:2) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, norveçli hücumçu komandanın durumunu şərh edib:
“Vəziyyəti başa düşürük. İnamsızlıq var və bu, komandaya təsir edir. Çətin anlarda belə əhvalımızı yüksək tutmalıyıq. Baş məşqçimiz Qvardiola bu komanda ilə 6 dəfə Premyer Liqanı qazanıb, bu, unudulmazdır. İnanıram ki, böhrandan çıxış yolunu tapacaq. Biz ona inanırıq, həmişəkindən daha çox çalışmalıyıq”.
“Mançester Siti” Premyer Liqada 17 oyundan sonra 27 xalla 6-cı sıradadır.
Böyük beşlik, Əsas xəbərlər
Qvardiola: “Məşqçiyəm və həll yollarını tapmalıyam”
16 Dekabr 2024, 13:50
Böyük beşlik, Əsas xəbərlər
Qvardiola: “Əmin olmasaydım, bu uşaqlarla işləməzdim”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. 4 Dekabr 2024, 17:26