Haaland: Qvardiola dahidir

08.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti" futbolçusu Erlinq Haaland baş məşqçisi Xosep Qvardiola haqda danışıb.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu mütəxəssisi dahi adlandırıb: 

"Qvardiola dahidir. Təəccüblü deyil ki, o, öz fədakarlığı və zəhməti sayəsində çox şey qazanır. Qvardiola bu klub üçün etdiklərinə və karyerasında çatdığı uğurlara diqqətlə baxın. Bu fantastikdir. 

"Biz onu dinləməliyik. Qvardiola bizə nə edəcəyimizi, necə oynayacağımızı deyir. Biz yaxşı oynamalıyıq, çünki o, buna layiqdir".

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından "şəhərlilər"in formasını geyinir. Qvardiola isə 2016-cı ildən bu komandanı çalışdırır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью