Haaland Real la matçda niyə oynamadı?

20.02.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haalandın Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Real"a qarşı oynamamasının səbəbini açıqlayıb. 

QOL.az "Manchester Evening News"a istinadən xəbər verir ki, mütəxəssis deyib: 

"Matçdan öncə Erlinq məşq etməyə çalışırdı, lakin o, "Nyukasl"la matçda zədələnmişdi. Hesab edirəm ki, çəkilən şəkillər onun yaxşı halda olduğunu göstərir, amma o, gəzərkən və pilləkəndən düşərkən ağrıyırdı. Oyundan əvvəl mənə dedi ki, özünü pis hiss edir və hazır deyil". 

Qeyd edək ki, Erlinq Haaland İngiltərə Premyer Liqasının 25-ci turunda "şəhərlilər"in "Nyukasl"la matçının (4:0) 88-ci dəqiqəsində dizdən zədələnərək əvəz olunmuşdu. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью