Haaland üçün xüsusi oyun

08.01.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Haaland üçün xüsusi oyun

İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"la matç "Mançester Siti"nin hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, 25 yaşlı hücumçu sözügedən görüşdə (1:1) penaltini dəqiq yerinə yetirib. Bununla da forvard "şəhərlilər"in heyətində vurduğu qolların sayını 150-yə çatdırıb.

Erlinqə 150 qol üçün bütün yarışlarda 173 oyun lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından bəri "Mançester Siti"də oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью