Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22.06.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Seneqal millisinin qapıçısı Mori Diaw Norveçlə oyun öncəsi Erlinq Haaland barədə danışıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper rəqibin ulduz hücumçusuna xüsusi plan hazırlamağa ehtiyac olmadığını bildirib.

Diaw qeyd edib ki, Haaland komanda yoldaşları olmadan təkbaşına heç nə edə bilməz:

“Komanda yoldaşları olmadan Haaland təkbaşına heç nə edə bilməz. Buna görə də onun üçün xüsusi plan hazırlamağa ehtiyac yoxdur. Biz Norveçə hazırlaşmışıq. Onları gözləyirik”.

Qeyd edək ki, Seneqal DÇ-2026-nın I qrupunda ilk turda Fransaya 1:3 hesabı ilə məğlub olub.

Norveç isə İraqı 4:1 hesabı ilə üstələyib. Norveç - Seneqal görüşü iyunun 22-də keçiriləcək.

“Real”ın təklifi RƏDD EDİLDİ Kuaku yenidən klub dəyişdi: MÖHKƏMLƏNƏ BİLMİR 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью