Haaland üçün yubiley oyun

23.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının I turunda “Bornmut”la görüşdə komandasında 200-cü matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in heyətində 5-ci mövsümünə başlayan 26 yaşlı norveçli forvard artıq 162 qolla klub tarixinin ən məhsuldar 4-cü futbolçusudur. Mançester təmsilçisi ilə 9 titul qazanan Halandın aktivində 2 Premer Liqa, 2 İngiltərə Kuboku, Çempionlar Liqası, Liqa Kuboku, Superkubok, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı çempionluğu var.

Klubla 2034-cü ilə qədər müqaviləsi olan Halandın Tommi Conson (166 qol) və Erik Bruku (177 qol) geridə qoyaraq “Mançester Siti” tarixinin 2-ci ən çox qol vuran futbolçusu olacağı gözlənilir. Siyahının zirvəsində isə 260 qolla Serxio Aquero qərarlaşıb.

Qeyd edək ki, görüş “şəhərlilər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 26-cı dəqiqəsində Markos Tavernyenin qoluna üzülən Mançester təmsilçisi oyunun böyük hissəsini geridə tamamlayıb, lakin matçın sonlarına doğru təzyiqi artıran ev sahibləri əzmkar qələbəyə imza atıblar.

​”Siti”yə 3 xalı gətirən qollara müdafiəçilər Mark-İsrael Gehi (85-ci dəqiqə) və Yoşko Qvardiol (90+2-ci dəqiqə) imza atıblar. Hər iki qolun ötürməsini Rayan Şerki verib.

​”Mançester Siti” növbəti turda səfərdə “Kristal Pelas”ın qonağı olacaq. “Bornmut” isə evdə “Everton”u sınağa çəkəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью