futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveç millisinin futbolçusu Erlinq Haaland UEFA Millətlər Liqasında Avstriyaya uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, hücumçu 1:5 hesabıyla bitən matçdan sonra üzr istəyib:
“Mənimçün pis oyun keçdi. Hər kəsdən üzr istəyirəm. Qarşıdakı oyunlarda hədəfimiz 6 xaldır”.
Norveç noyabrda Sloveniya və Qazaxıstanla qarşılaşacaq. Komanda B Liqasının 4-cü qrupunda 7 xalla birinci sıradadır.