Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Haaland “Mançester Siti”də 200-cü oyununa çıxıb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubun heyətində 200-cü matçını keçirib.
Norveçli futbolçu İngiltərə Premyer Liqasının 1-ci turunda "Bornmut"la görüşə start heyətində çıxaraq bu göstəriciyə çatıb. Haaland azarkeşlərin qarşısına yeni görkəmdə, uzun saçları olmadan çıxıb.
Qeyd edək ki, Haaland 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib. O, indiyədək “şəhərlilər”in heyətində bütün turnirlərdə 200 oyunda 162 qol vurub və 30 məhsuldar ötürmə edib.