Haalanddan maraqlı göstərici

21.09.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Haalanddan maraqlı göstərici

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, norveçli futbolçu İngiltərə çempionatının 5-ci turunda “Sanderlend”lə ev oyununda (5:3) komandasının qollarından birini vurub.

Bununla da Haaland Premyer Liqada qarşılaşdığı bütün rəqiblərin qapısına qol vuran ikinci futbolçu olub. 25 klubun qapısına qol vuran norveçli hücumçu bu göstəricidə yalnız Harri Keyndən geri qalır.

“Tottenhem”in sabiq hücumçusu Premyer Liqada 32 fərqli rəqibə qarşı qol vurub.

Qeyd edək ki, Haaland ən çox “Vest Hem”ə qol vurub. O, London təmsilçisinin qapısına 8 oyunda 11 dəfə yol tapıb. Norveçli futbolçu “Kristal Pelas” və “Vulverhempton”a qarşı isə 10 qola imza atıb.

Holand bu mövsüm 7 oyunda 7 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью