Haalanddan yeni rekord

13.09.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Haalanddan yeni rekord

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunda “Mançester Yunayted”ə qarşı keçirilən derbidə komandasına qələbə qazandıran yeganə qolu vurub. "Squawka" nəşrinin məlumatına görə, bu, Haalandın Premyer Liqada Mançester derbilərində 9-cu qolu olub. O, bu göstəriciyə cəmi 8 oyunda çatıb.

Bununla da 25 yaşlı hücumçu Mançester derbilərində ən çox qol vuran futbolçu olub. Haaland “Mançester Siti”nin əfsanəsi Serxio Aqueronu geridə qoyub. Argentinalı 13 derbidə 8 qol vurub. Üçüncü pillədə isə “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi qərarlaşıb. O, 21 oyunda 8 dəfə fərqlənib.

Qeyd edək ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью