Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland tarixi dəyərə malik kitab alması ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, futbolçu Norveç üçün böyük tarixi əhəmiyyət daşıyan 1594-cü ilə aid “Kral saqaları” (Royal Sagas) kitabını əldə edib.
Noyabrın 9-da Haalandın doğulduğu Time bələdiyyəsində həmin kitabın ətrafında tematik sərgi təşkil olunub.
Futbolçu VG nəşrinə açıqlamasında vikinqlərin tarixinə hər zaman maraq göstərdiyini bildirib:
“Vikinqlərin tarixi məni həmişə maraqlandırıb və bunu valehedici hesab etmişəm. Tarix, məişət əşyaları, gəmilər – bunlar mənə maraqlıdır. Mən arzumla yaşayıram, amma təəssüf ki, bu, yalnız az sayda insana nəsib olur. Kitabların bir çox insana xəyal qurmaqda və arzularını gerçəkləşdirməkdə necə kömək etdiyini görmüşəm”.