Haalandın bombardirlər arasında da rekordu var

06.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının bombardirləri siyahısında rekorda imza atıb.

QOL.az xəbər verir ki, Haaland Çempionlar Liqasının ilk 100 bombardiri arasında vurduğu qolların sayı keçirdiyi matçların sayını üstələyən yeganə futbolçudur. 25 yaşlı norveçli hücumçu turnirdə 52 matçda iştirak edib və 54 qol vurub. Hazırda o, Çempionlar Liqasının bütün zamanların bombardirləri siyahısında 9-cu yerdədir. Ondan bir pillə yuxarıda isə 73 oyunda 56 qol vurmuş Ruud van Nistelroy qərarlaşıb.

Qeyd edək ki, cari mövsümdə Haaland 4 oyunda 5 qol vurub.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью