Haalandın vikinq sevgisi

11.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli hücumçu vikinqlərə olan marağından danışıb:

“Vikinqləri çox sevirəm. Onların tarixi, gündəlik həyat tərzi mənim üçün həmişə maraqlı olub. Onları araşdırmağı, onlarla bağlı kitablar oxumağı sevirəm. Hər norveçli kimi mənim də xəyallarım olub. Kitablar insanlara xəyal qurmağa və bir gün onu reallığa çevirməyə çox kömək olur”.

Haaland bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyunda 9 qola imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью