Haaretz: Qəzzanın ilhaqı nəzərdə tutulmur

30.07.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin rəsmi hökumət nümayəndələri "Haaretz" qəzetinə açıqlamada bildiriblər ki, bu barədə xəbərlər yalnız HƏMAS-ın atəşkəs üzrə danışıqlar müstəvisində tələblərini yumşaltmaq məqsədilə mətbuata sızdırılır.
"Hazırda belə bir plan üzərində müzakirə aparılmır", – qəzetə danışan adı çəkilməyən nazir vurğulayıb.
"Haaretz" yazır ki, İsrail tərəfinin bu xəbəri yaymaqda məqsədi HƏMAS-ı "torpaq itirməklə hədələmək" məqsədi daşıyır.
Haaretz: "HƏMAS növbəti sui-qəsd dalğasından qorxur"
Eyni zamanda, qəzetin məlumatına görə, HƏMAS son saatlarda özünün ali siyasi büro üzvlərinin sui-qəsdlə öldürülə biləcəklərindən ehtiyatlanaraq təhlükəsizlik tədbirlərini gücləndirib.
Ötən günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, "HƏMAS-ın inadkarlığı atəşkəs razılaşmasına maneə yaradır". Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da HƏMAS tərəfinin atəşkəs üzrə danışıqlar aparmaq istəmədiyini nəzərə alaraq, " mübarizənin daha fərqli formaya gətirilməsinin" vacibliyini vurğulayıb. Bu ifadələr fonunda görünür ki, HƏMAS-ın narahatlığı əbəs deyil.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun sabiq lideri İsmayıl Haniyə keçən il iyulun 31-də İranın paytaxtı Tehran şəhərindəki iqamətgahında İsrail Ordusunun raket zərbəsi ilə öldürülmüşdü.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью