Hababam sınıfı nın 50 ci ilində bir araya gəldilər

18.04.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin ən məşhur seriyalı filmlərindən biri olan "Hababam Sınfı”nın həyatda olan şagirdləri illər sonra bir araya gələrək filmin 50 illiyini qeyd ediblər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "şagirdlər” İstanbulda yerləşən Adile Sultan qəsrindəki "Hababam Sınıfı Muzeyi”ndə olub öz partalarında əyləşiblər.

Qeyd edək ki, "Yeşilçam”ın ən məşhur film seriyalarından biri olan "Hababam Sınfı”nda Kemal Sunal, Münir Özkul, Adile Naşit, Tarık Akan, Halit Akçatepe, Şener Şen kimi türk kinosunun ən böyük adları rol alıblar.

Aysel


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью