Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Hababam Sınıfı"nın aktyoru Münir Özkulun şəxsi evi satılıb.
BAKU.WS xəbər verir ki, "Yeşilçam" əfsanəsinin İstanbulda Cihangirdə 26 il yaşadığı ev alıcı tapıb. Mənzil maddi sıxıntılar səbəbilə satılıb. Bu barədə aktyorun qızı Güner Özkul bildirib:
"Ögey anamın səhhəti maddi ehtiyac yarandı. Hazırda Qalatasarayda yaşayıram, amma evin yanından keçəndə ürəyim ağrıyır. Atam orada yaşayıb və orada dünyasını dəyişib. Yanından keçəndə kövrlməmək mümkün deyil".
Qeyd edək ki, Münir Özkul 2018-ci ildə vəfate dib. O 93 yaşında dünyasını dəyişib.
Qalereya