“Haber Global“: Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir VİDEO

04.02.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə rəsmi görüşlərini davam etdirərək Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı süjetdə bəhs edilir.

Bildirilir ki, heyətlərarası görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştrak ediblər.

Süjetdə xatırladılır ki, Azərbaycan və Ermənistan əvvəllər Ağ Evdə keçirilən tarixi zirvə görüşündə iki ölkə arasında sülh müqaviləsini paraflamışdılar.

"Cənubi Qafqazda sülh gündəliyini müəyyənləşdirən əsas aktor Azərbaycanın sülh strategiyası bütün dünyada təqdir edilir", - deyə süjetdə vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью