Haber Global: Bakıda iqlim hədəflərinin qarşısındakı maneələr müzakirə olunur VİDEO

12.11.2024

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin Haber Global telekanalı Bakıda keçirilən COP29 iqlim konfransının işini yaxından işıqlandırmaqda davam edir.
Telekanalın bugünkü reportajlarında COP29 Liderlər Sammiti və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışına böyük yer verilib.
Dövlət başçısının öz nitqində dünyaya çatdırdığı mesajları vurğulayan türkiyəli jurnalistlər qlobal iqlim gündəliyinin müəyyənləşdirilməsində Azərbaycan və onun liderinin mühüm rolunu qeyd ediblər.
Bildirilib ki, hazırda Bakıda qlobal iqlim hədəflərinin qarşısında dayanan maneələr və onların aradan qaldırılması yolları müzakirə olunur.
Vurğulanıb ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı digər aktual məsələlərə də diqqət yetirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью