Haber Global: COP29da Türkiyənin təqdim etdiyi Sıfır tullantı stendi böyük diqqət çəkir | …
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyiş
Bu barədə "Haber Global"ın COP29-la bağlı hazırladığı materialda bəhs edilir.
Bildirilir ki, iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi dünya miqyasındakı ən mühüm tədbirlərdən biri olan COP29 169 ölkədən 72 min insanın iştirakı ilə davam edir.
"COP29-da çoxsaylı görüş və danışıqlardan əlavə, müxtəlif ölkələr və təşkilatlar tərəfindən yaradılmış pavilyonlarda iqlim dəyişiklikləri ilə bağlı həllər və layihələr təqdim olunur.
COP29-un Yaşıl Zonasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin "Sıfır tullantı" əsas mövzusu ilə qurduğu pavilyonda ziyarətçilərə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, BMT-nin Sıfır Tullantı Məsləhət Şurasının sədri Əminə Ərdoğanın təşəbbüsləri ilə başladılan "Sıfır tullantı" layihəsi haqqında məlumat verilir.
Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinin üçölçülü görüntülərlə, video, infoqrafika və qısametrajlı filmlərlə nümayiş olunduğu, dizaynı və vizuallığı ilə diqqət çəkən stendə ziyarətçilər tərəfindən böyük maraq var.
Rəqəmsal təqdimatları maraqla izləyən və səlahiyyətlilərdən məlumat alan ziyarətçilər pavilyonun qarşısında şəkil çəkdirirlər", - deyə yazıda bildirilir.
Məlumata görə, stenddə iqlim dəyişikliyi və yaşıl enerji ilə bağlı müxtəlif məzmunlu tədbirlər təşkil edilir, Türkiyənin iqlim dəyişikliyi, "Sıfır tullantı" layihəsi və bərpa olunan enerji başda olmaqla, son dövrlərdə əldə etdiyi nailiyyətlər və layihələrin təqdimatına dair rəqəmsal vizual işlər iştirakçılarla paylaşılır.
Tam oxu
Xəbəri oxu