Haber Global: Gələcək qlobal iqlim gündəliyi məhz Bakıda müəyyənləşəcək

11.11.2024

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Azərbaycanın paytaxtı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransı (COP29) öz işinə başlayıb. Gələcək qlobal iqlim gündəliyi məhz Bakıda müəyyənləşəcək".

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı silsilə reportajlarda deyilir.

Bildirilir ki, tədbir çərçivəsində hüquqi tənzimləmələrdən tutmuş, iqlimin sosial həyata təsirinədək ciddi məsələlər müzakirə olunur.

Həmçinin Bakıda qlobal iqlim hərəkatının maliyyə-iqtisadi tərəfləri də diqqət mərkəzindədir.

Reportajlarda, xüsusilə İspaniyada yaşanan son təbii fəlakət və yüzlərlə insan ölümü fonunda iqlim dəyişikliyinin əhəmiyyəti, bu istiqamətdə göstərilən səylərə Azərbaycanın töhfəsi vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью